APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyunun 6-da saat 21:00 radələrində Gəncə - Göygöl - Toğana yolunun Aşıqlı kəndi ərazisindən keçən hissəsində baş verib.
“Avtotransyolservis” şirkətinə məxsus, Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüqarın idarə etdiyi “Shacman” markalı yük avtomobili kənddə yaşayış evinin hasarına çırpılıb daha sonra isə maşın aşıb.
Qəza zamanı sürücü bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan asfalt yola dağılıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.