Göygöl rayon sakini Gəncədə bıçaqlanıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Quşqara kənd sakini, 1988-ci il təvəllüdlü Samir Məmmədov bədənin müxtəlif hissələrinin kəsilmiş deşilmiş yarası xəsarətləri il Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.