Göyçayda ağır qəza:  3 yaralı
24 noyabr 2014 21:19 (UTC +04:00)

Göyçayda ağır qəza: 3 yaralı

0

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 19:30 radələrində Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

 

Göyçayın Qızılağac kənd sakini, 1981-ci il təvəllüdlü Xəlilov Şamil Şahin oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Ucar rayonu Qaracallı kənd sakini 1964-cü il təvəllüdlü Məmmədov Adət Məhəmməd oğluna məxsus “VAZ 21011” markalı maşınla toqquşub.

 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və Adət Məmmədovun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Rəqubə Qüdrət qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

      

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar