Göyçayda “Moskviç”  yanaraq, külə dönüb - YENİLƏNİB
08 iyul 2014 15:32 (UTC +04:00)

Göyçayda “Moskviç” yanaraq, külə dönüb - YENİLƏNİB

Göyçay rayonunda minik avtomobili yanıb.

Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə hadisə iyulun 7-də axşam saat 21:00 radələrində Göyçayın Ləkçilaq kəndində qeydə alınıb.

 

Rayonun Kürdəmiş kənd sakini, 1965-ci il təvəllüdlü Quliyev İxtiyar Aslan oğluna məxsus 01-BB-514 dövlət nömrə nişanlı “Moskviç” markalı minik maşınının mühərrikində baş verən yanğın qısa vaxt ərzində avtomobilin hər tərəfini əhatə edib. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və alovun yaxınlıqdakı kol-kosa, ağaclara keçməsinin qarşısı alınıb. Hadisə zamanı maşın tamamilə yanaraq külə dönsə də, xəsarət alan olmayıb.

 

Qeyd edək ki, ötən həftə Göyçayda daha bir minik maşını yanaraq yararsız hala düşmüşdü. Faktla bağlı araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar