Göyçayda 16 yaşlı oğlan kanalda batıb
28 iyun 2014 19:47 (UTC +04:00)

Göyçayda 16 yaşlı oğlan kanalda batıb

0

Zərdab sakini kanalda batıb. Göyçay Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Potu kəndi ərazisində qeydə alınıb.

 

Zərdab rayon sakini, 16 yaşlı Elnar Elşən oğlu Məmmədov Şirvan kanalında çimərkən boğularaq ölüb. Onun meyitini tapmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

 

Hazırda meyitin axtarışları davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 887

Oxşar yazılar