Goranboy rayonunda zəlzələ baş verib.
Lent.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumatına görə, yerli vaxtla saat 06:20-də qeydə alınan zəlzələnin episentri Mingəçevir şəhərindən 32 km qərbdə, Goranboy-Yevlax sərhədində, ocağı isə 17 km dərinlikdə yerləşib.
Yeraltı təkanın maqnitudası 4.7 olub. Zəlzələ episentrdə 4:0 bal, yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.