Motosikletlə avtomobil toqquşdu: <span style="color:red;">2 yaralı
16 aprel 2016 16:37 (UTC +04:00)

Motosikletlə avtomobil toqquşdu: 2 yaralı

0

Goranboyun Dəliməmmədli şəhərində iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

 

Motosikletlə “VAZ 21011” markalı avtomobilin toqquşması nəticəsində motoskletin sürücüsü Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Cəfər Nəcəfov və sərnişin, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Natiq Qəribov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 217

Oxşar yazılar