Goranboyda “VAZ” aşdı: [b]sürücü yaralandı[/b]
28 may 2018 22:17 (UTC +04:00)

Goranboyda “VAZ” aşdı: [b]sürücü yaralandı[/b]

0

Goranboyda yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə Balakürd kəndində qeydə alınıb.

 

Rayon sakini, 1989-cu il təvəllüdlü Zeynalov Seyidağa Şakir oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

 

Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar