İran İslam Respublikasından Azərbaycan qanunsuz yolla siqaret keçirmək istəyən şəxs saxlanılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana yüksüz gələn Azərbaycan vətəndaşı Cavadov Rizvan Mirzərəhim oğlunun İdarə etdiyi “Mersedes Benz” markalı, 10 ZG264/99DE151 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin kabininin yan tərəflərindəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 8000 ədəd üzərində “MM” yazılı siqaret aşkar edilib. Avtomobildə axtarışı davam etdirən gömrükçülər bu dəfə kabinin tavanındakı gizli saxlanc yerindən eyni markalı daha 4000 ədəd siqaret aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.