Gömrükçülər 14 min siqaret ələ keçirib
21 sentyabr 2016 11:16 (UTC +04:00)

Gömrükçülər 14 min siqaret ələ keçirib

0

 

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baxış zamanı “Mersedes Benz Axor” markalı həmin avtomobilə baxış zamanı kabinənin yataq yerindəki döşəyin altından və kabinənin arxa hissəsindəki hava filtrinin borusunun içərisindən cəmi 14.000 ədəd “Kentnanotek  2.0” markalı siqaret aşkar edilərək götürülüb.

 

 Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar