Masallı rayonunun Şərəfə kəndində intihar hadisəsi baş verib.
Lent.az "Report"a istinadən xəbər verir ki, kənd sakini Bəşirov Sədi özünü asaraq öldürüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
S.Bəşirov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.