İyunun 18-də Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Susay-Qışlaq kəndinin ərazisində Bakı şəhər sakini Nizami Mərdanov özünə məxsus evin həyətindəki ağacdan gilas yığarkən yıxılıb. O, aldığı xəsarətdən ölüb.
Faktla əlaqədar araşdırma aparılır.