Bu gün saat 16:00 radələrində Gəncə şəhərində taxıl bunkeri partlayıb. Lent.az-ın məlumatına görə, “Neon”un fabrikinə məxsus taxıl saxlanılan bunker cırılıb. Nəticədə bunkerdə olan buğda ətrafa dağılıb. Əziz Əliyev prospektinin həmin ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşıb.
Qəza nəticəsində fabrikin hasarı uçub, 2 ədəd gecə işıqlandırma dirəyi aşıb, qaz xətti zədələnib və elektrik naqilləri sıradan çıxıb.