Gəncə şəhər sakini damarını kəsərək intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.
Şəhər sakini, 1983-cü il təvəllüdlü Asim Hüseynov qolundakı damarını kəsdiyi uçun Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Keyləşdirici iynə vurulduqdan sonra A. Hüseynov xəstəxananın travmatologiya və reanimasiya şöbələrini dağıtmağa başlayıb.
Xəstəxanadan bildirilib ki, pəncərə şüşələrini, laboratoriyada bir sıra avadanlıqları sındıran A. Hüseynov tibb ocağına çağırılan polis əməkdaşları tərəfindən saxlanılıb. Sonra həkimlər onun damarına tikiş qoyublar.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından bildirilib ki, A. Hüseynov ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün Gəncə ruhi əsəb xəstəxanasına göndərilib.