Gəncədə döyülmə faktı qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumta görə, şəhər sakini 1958-ci il təvəllüdlü Fizuli Ramazanov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, F. Ramazanov qonşusu tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.