 
                            
                        Gəncədə Polis bölməsinin rəisi dəyişdi
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
	APA-nın Gəncə bürosunun verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsininNizami rayonPolis Bölməsinin rəisi Tahir Həsənov yaşa görə işdən azad olub.
	Onun yerinə polis polkovniki-leytenantı Üzeyir Atamov təyin edilib. O daha əvvəl Şəmkir rayon Polis Şöbəsinin Zəyim Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                