Gəncədə məsciddə yanğın olub
06 iyul 2014 23:01 (UTC +04:00)

Gəncədə məsciddə yanğın olub

0

Gəncədə “Qazaxlar” məscidində yanğın baş verib.

 

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Təbriz küçəsində yerləşən “Qazaxlar” məscidində yanğın baş verib. Dərhal əraziyə 4 yanğınsöndürən maşın cəlb edilib.

 

Məlumata görə,  məscidə birləşik ərazidəki 4 kvadratmetr çardaq hissə yansa da, alovun tikiliyə yayılmasının qarşısı alınıb. Yanğının başvermə səbəbi bəlli deyil, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1166

Oxşar yazılar