Gəncədə tut ağacından yıxılan kişi özəl klinikaya yerləşdirilib - <span style="color:red;">FOTO
02 iyun 2019 20:48 (UTC +04:00)

Gəncədə tut ağacından yıxılan kişi özəl klinikaya yerləşdirilib - FOTO

0

Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində yaşlı kişi tut yığarkən hündürlükdən yıxılıb. 

ONA-nın yerli bürosunun məlumatına görə, ağacdan yıxılan 1969-cu il təvəllüdlü Rzayev Xatır yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. 

Müxtəlif bədən xəsarətləri almış yaralı dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan Gəncə şəhər xəstəxanasından çıxarılaraq özəl klinikalarından birinə aparılıb.

Həkimlərin cəhdinə baxmayaraq kişi vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar