Gəncədə içi pulla dolu çantanı oğurlayan yeniyetmələr saxlanılıb
19 iyun 2019 15:24 (UTC +04:00)

Gəncədə içi pulla dolu çantanı oğurlayan yeniyetmələr saxlanılıb

0
Gəncə şəhərində içində 30 min manata yaxın pul və qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon sakini A.Məmmədovun içərisində 27600 manat, qızıl-zinət əşyaları və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar