
Gəncədə "qaz idarəsinin işçisi" tutuldu
Gəncədə özünü qaz idarəsinin işçisi kimi təqdim edən şəxs tutulub.
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, Gəncənin Kəpəz rayon polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Göygöl rayon sakini, 28 yaşlı Rəfail Əsgərov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Rəfail Əsgərov qaz sayğaclarında yaranmış texniki nasazlığın aradan qaldırılması adı ilə abonentlərdən yığırmış. O bu məqsədlə özünə saxta vəsiqə düzəldib.
Rəfail Əsgərovun həmçinin Gəncə rayonlararası Ruhi Əsəb Dispanserində xəstə kimi qeydiyyatda olduğu da məlum olub.
Oxşar yazılar

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18