Gəncədə “Mercedes”lə "VAZ" toqquşdu: 1 yaralı
22 yanvar 2016 21:06 (UTC +04:00)

Gəncədə “Mercedes”lə "VAZ" toqquşdu: 1 yaralı

Gəncədə bir nəfərin yaralanması ilə nəticələn yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Xanlar küçəsinin kəsişməsində qeydə alınıb.

 

Samux rayon sakini, 1949-cu il təvəllüdlü Yusif Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Asif Əliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-da olan sərnişin, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad Yusibov xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363

Oxşar yazılar