Gəncədə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1971-ci il təvəllüdlü İsmayılov Natiq Şəmil oğlu bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub.
Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə N. İsmayılov mülk üstündə düşən dava zamanı əmisi oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.