Azərbaycan respublikası Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasına narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.
Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində 2 saylı İstintaq Təcridxanasına “Emrooz” yuyucu tozunun içində 2,43 qram qurudulmuş marixuana keçirmək istəyən şəxsin İsmayıllı rayon Basqal kənd sakini, 1986-cı il təvəllüdlü Kamil Eyvazov olduğu müəyyən edilib.
Məlum olub ki, K. Eyvazov təcridxanada cəza çəkən əmisi oğlu, 1977-ci il təvəllüdlü Müşviq Eyvazov üçün vətəndaş Fikrət Məmmədov vasitəsi ilə 2,43 qram qurudulmuş marixuana keçirmək istəyib. Polis əməkdaşları Kamil Eyvazovu Bakı şəhərində saxlayıblar. Onun maşınına baxış zamanı 7,18 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.