Gəncə sakini müəmmalı şəraitdə bıçaqlandı
27 fevral 2016 20:20 (UTC +04:00)

Gəncə sakini müəmmalı şəraitdə bıçaqlandı

0

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elnur Məmmədov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

 

Yaxınlarının dediyinə görə, E. Məmmədov şəhərin Bağmanlar adlanan ərazisində bıçaqlanıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar