Gəncədə bıçaqlanma hadisəsi olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlqar Vüqar oğlu Ağayev döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.