Azərbaycanda 2015-ci ildə müdafiə xərclərinə dövlət büdcə xərclərinin 17.9 faizi həcmində vəsait ayrılacaq. Lent.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bu isə cari illə müqayisədə 3.1 faiz çoxdur.
Nazirlikdən bildirilib ki, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri 2014-cü ilin dövlət büdcəsi xərclərinin 5.8 faizini təşkil edəcək.
Məhkəmə sisteminin saxlanılması üçün 2014-ci ilin dövlət büdcəsində 52.3 milyon manat vəsait proqnozlaşdrılıb ki, bu da 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 13.2 milyon manat və yaxud 34 faiz çoxdur.