Gecəyarısı 16-cı mərtəbədəki liftdə
08 iyun 2014 10:05 (UTC +04:00)

Gecəyarısı 16-cı mərtəbədəki liftdə

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda on yeddi mərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 16-cı mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

 

Əməliyyat saat 04:29-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1789

Oxşar yazılar