1 ay əvvəl evlənibmiş - dəhşətli qəzada ölən şəxs
07 iyun 2015 11:59 (UTC +04:00)

1 ay əvvəl evlənibmiş - dəhşətli qəzada ölən şəxs

0

Dünən Füzuli rayonunda dəhşətli yol qəzası baş verib.

 

 

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər ağır yaralanıb.

 

Vəfat edən şəxslərdən biri Quliyev İlkin İdris oğludur. Ölümündən 1 ay əvvəl ailə həyatı quran İlkin mühafizəçi olub. O, Füzuli rayon Diaqnostika Mərkəzində işləyirmiş.

 

Qeyd edək ki, qəza dünən gecə saatlarında rayonun Bala Bəhmənli kəndində qeydə alınıb. “BMW” markalı maşın idarəetməni itirərək yolun kənarında dayanan 8 şəxsi vurub.

 
 
`````
 
 
04:38
 
 
 
Füzuli rayonunda dəhşətli yol qəzası baş verib.
 
 
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndinin 4 yol deyilən ərazisində qeydə alınıb. 
 
“BMW” markalı maşın yolun kənarında dayanan 8 şəxsi vurub. Onlardan bir nəfəri hadisə yerindəcə keçinib. Digər 7 şəxs isə rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir. 
 
Vurulan şəxslərin hamısının eyni sinfi bitirmiş, 24-25 yaşlarında gənc oğlanlar olduğu deyilir. Onlar rayonun Araz Dilağarda kənd sakinləridir. 
 
Hələ ki, ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşməyib. Polis hadisə yerində araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar