Bakıda tanışına 3500 dollar pul verən şəxs polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Lənkəran rayonu Boladı kənd sakini, 1970-ci il təvəllüdlü Cəlilov Xəzər Əminağa oğlu Səbail rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, işə düzəlmək üçün tanışına xeyli miqdarda pul verib. X.Cəlilov qeyd edib ki, tanışı, Masallı rayon sakini Camal Abdinova bir müddət əvvəl Niyazi küçəsi 2 ünvanında yerləşən Filarmoniya bağında 3500 manat pul verib. Məqsəd isə Dövlət Neft Şirkətində işə düzəlmək olub. Lakin C.Abdinov verdiyi sözə əməl etməyib və aldığı pulu da geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.