Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Penitensiar xidmətdə olub. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən verilib.
Noyabrın 8-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.
Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, o cümlədən hüquqi əlaqələrin inkişafından məmnunluğunu ifadə edən nazir dövlətlərimizin rəhbərlərinin qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd edib, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini, habelə Ədliyyə akademiyaları arasında uğurlu əməkdaşlığı vurğulayıb.
E. Yıldırım son on ildə ölkəsində cəza-icra sisteminin inkişafı, xidməti personalın tədrisi, müasir penitensiar infrastrukturun yaradılması üzrə görülən işlərdən danışaraq qarşılıqlı fəaliyyətə dair birgə səylərin artırılmasının və təcrübə mübadiləsinin əhəmiyyətini bildirib.