Fikrət Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək
01 iyul 2014 18:21 (UTC +04:00)

Fikrət Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyulun 4-də Siyəzəndə vətəndaşların qəbulu keçiriləcək. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qəbulda Siyəzən, Şabran, Xızı, Abşeron rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

 

Qəbula gəlmək istəyən vətəndaşlar Xaçmaz regional ədliyyə şöbəsi (Ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17, əlaqə telefonları: (02332) 5-18-88, (02332) 5-17-96, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641
avatar

Oxşar yazılar