Fidel Kastro dünyada yeni xəstəliyin yayılmasından narahatdır
31 yanvar 2016 07:50 (UTC +04:00)

Fidel Kastro dünyada yeni xəstəliyin yayılmasından narahatdır

Kuba inqilabının lideri Fidel Kastro Havanada Uruqvayın sabiq prezidenti Xose Muxika ilə görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Kastro və Muxika arasında görüş bir neçə saat davam edib.

 

Uruqvayın sabiq prezidentinin sözlərinə görə, Fidel Kastro gümrah və şən olub, söhbət zamanı Zika xəstəliyinin sürətlə yayılmasından narahat olduğunu bildirib.     

 

Bundan əvvəl 89 yaşlı Fidel Kastro 2015-ci ilin avqustunda ictimaiyyət qarşısına çıxıb. O zaman o Venesuela və Boliviya prezidentləri ilə görüşmüşdü.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar