<b>FHN-dən Yasamaldakı yanğınla bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT </b>
07 iyun 2017 18:51 (UTC +04:00)

FHN-dən Yasamaldakı yanğınla bağlı RƏSMİ MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi ( FHN ) Yasamalda məcburi köçkün yataqxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

 

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Yasamal rayonunda 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 m2 olan mənzillər 101 m2 sahədə yanıb. Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar