Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 700 m² olan (hər mərtəbəsi 350 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “NANƏLİ” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 m² sahədə yanıb.
Lent.az-a Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.