Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə 5-ci mərtəbənin eyvanından mənzilin eyvanına enərək daxil olublar.
Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.