FHN güclü yağışlarla bağlı məlumat yaydı
23 noyabr 2014 09:53 (UTC +04:00)

FHN güclü yağışlarla bağlı məlumat yaydı

0

Fövqəladə Hallar Nazirliyi Bakıya güclü yağışın düşməsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə 23 noyabr 2014-cü il tarixində, Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolması və vətəndaşların evdən çıxmasının çətinləşməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə xilasedicilər cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub. Əməliyyat saat: 04:01-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1506

Oxşar yazılar