Fövqəladə Hallar Nazirliyi Bakı Ağac Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.
lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m2 sahədə yanıb. Avtomobil şinlərinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.