
FHN "Azərbaycan İES"dəki qəza ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi iyulun 3-də saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayışla bağlı məlumat yayıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb.
Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün "3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib.
Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundaki yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmamışdır.
Oxşar yazılar

Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57
Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
2 iyul 2025 , 10:53
Yekaterinburqda baş verənlərlə bağlı cinayətkar cəzasını alacaq - RƏSMİ
2 iyul 2025 , 10:42
Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda niyə istintaq aparıldı? - SƏBƏB
2 iyul 2025 , 10:36
Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub - RƏSMİ
2 iyul 2025 , 10:33
Azərbaycanla İran sərhədi pozuldu - 10 kilodan çox narkotik
2 iyul 2025 , 10:31
Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25