Bakıda suda batmaq təhlükəsi ilə üzləşənlər xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 15:03-də başa çatıb.