FHN 2 nəfəri xilas edib
21 iyun 2014 18:31 (UTC +04:00)

FHN 2 nəfəri xilas edib

0

 Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri batmaq təhlükəsi ilə üzləşmiş iki nəfəri xilas edib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşmiş bir nəfər FHN-nin “Türkan” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunub.

 

Digər hadisə Sumqayıtda baş verib. Şəhəri ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşmiş vətəndaşı FHN-nin “Sumqayıt” sularda xilasetmə məntəqəsinin xilasediciləri xilas edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar