FHN 17 yaşayış məntəqəsindən yağış sularını çəkib
26 noyabr 2014 23:12 (UTC +04:00)

FHN 17 yaşayış məntəqəsindən yağış sularını çəkib

0

Lənkəranda FHN xilasediciləri 17 yaşayış məntəqəsindən yağış sularını çəkib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin  (FHN) saytına istinadən verdiyi xəbərə görə, noyabrın 25-dən Lənkəran rayonu ərazisində yağan yağışlarla əlaqədar 17 yaşayış məntəqəsindən, o cümlədən rayon elektrik paylayıcı şəbəkənin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin həyətyanı sahəsindən, nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən yağış suları çəkilib.

 

Hazırda su çəkmə işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar