Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə 1 nəfər batma təhlükəsi ilə üzləşib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, batma təhlükəsi ilə üzləşən şəxs Nazirliyin “Qaradağ-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.