FHN-də Qələbə günü münasibətilə toplantı keçirilib
09 may 2015 14:50 (UTC +04:00)

FHN-də Qələbə günü münasibətilə toplantı keçirilib

Mayın 9-daFövqəladə Hallar Nazirliyində (FHN) faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə toplantı keçirilib.

 

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, toplantıda iştirak edə Böyük Vətən Müharibəsi veteranları nazirliyin hərbi orkestrinin ifa etdiyi təntənəli marşın sədaları altında qarşılanıb.

 

Tədbirdə əvvəlcə, Azərbaycanın Dövlət himni səslənib, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə tədbiri açaraq nazirliyin rəhbərliyi və kollektivi adından toplantı iştirakçılarını 9 may – Qələbə günü münasibətilə təbrik edib.

 

Tədbirdə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Kamil Bağırov, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Böyük Vətən müharibəsində xalqımızın şücaəti haqqında geniş çıxış ediblər, qələbənin qazanılmasında Azərbaycanın əvəzsiz rolundan danışıblar.

 

Respublika Veteranlar Şurası adından çıxış edən Böyük Vətən müharibəsi veteranı Adil Babaşov və Sofiya Cəfərova müharibədə azərbaycanlıların qəhrəmanlığından bəhs ediblər, Heydər Əliyev və prezident İlham Əliyevin veteranlara böyük diqqət və qayğısından danışaraq Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

 

Sonda müharibə veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar