FHN-də DİN ekspertləri ilə görüş keçirilib
22 iyun 2016 12:47 (UTC +04:00)

FHN-də DİN ekspertləri ilə görüş keçirilib

0

Fövqəladə Hallar Nazirliyində ölkədə səfərdə olan Avstriya Federal Daxili İşlər Nazirliyinin ekspertləri ilə görüş keçirilib.

 

 

FHN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib, nazirliyin nümayəndə heyətlərinin müxtəlif illərdə Avstriyaya səfərləri, o cümlədən İnsbruk şəhərində keçirilmiş təlimlərdə iştirakını xatırladıb. O, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb və Fövqəladə Hallar Nazirliyi üçün Avstriyanın uyğun qurumlarının təcrübəsinin maraqlı olduğunu bildirib.

 

Avstriya Federal Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat eksperti polkovnik Hans Ebner səmimi görüşə görə təşəkkürünü bildirib, ölkəmizdə olacaqları müddətdə yanğından mühafizə, axtarış-xilasetmə üzrə azərbaycanlı həmkarları ilə geniş təcrübə mübadiləsi aparılacağını söyləyib.

 

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və əməliyyat zalı ilə tanış olublar. 

 

Səfər çərçivəsində avstriyalı ekspertlər iyunun 26-dək FHN-in qurumlarında olacaq, həmçinin, FHN Akademiyasında seminar keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar