Fərdi ev yandı, bir nəfər xəstəxanalıq oldu
06 fevral 2018 23:44 (UTC +04:00)

Fərdi ev yandı, bir nəfər xəstəxanalıq oldu

Zaqatalada fərdi yaşayış evi yanıb, bir nəfərin ayağını şüşə kəsib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 21:45 radələrində rayonun Lahıc kəndində, kənd sakini Vilayət Qurban oğlu Əliyevə məxsus ümumi sahəsi 165 kv/m olan, birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 3 otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə və evin dam örtüyünün 80 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı yanğının söndürülməsində köməklik edən qonşu, 1994-cü il təvəllüdlü Cavidan Murad oğlu Muradovun sağ baldır nahiyəsini pəncərə şüşəsi kəsib. Cavidan Muradov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan verilən məlumata görə, Cavidan Muradova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar