Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları fahişəliklə məşğul olan daha bir qadını yaxalayıblar. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Ruhiyyə Mikayılova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib. R.Mikayılova saxlanılıb.
Qeyd edək ki, son günlərdə ölkə ərazisində qadınları fahişəliyə cəlb edən şəxslərin polis tərəfindən saxlanması faktlarının sayı xeyli artıb.