Faciəvi şəkildə ölən ikinci qardaşın da meyiti tapıldı
23 noyabr 2014 14:38 (UTC +04:00)

Faciəvi şəkildə ölən ikinci qardaşın da meyiti tapıldı

Bir neçə gün əvvəl Mingəçevridə kanalda batan iki qardaşın axtarışları başa çatıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 11 Noyabr 2014-cü il tarixində Mingəçevir şəhərində Yuxarı Qarabağ kanalında batan 2003-cü il təvəllüdlü Novruzov Toğrul Hikmət oğlunun meyiti tapılıb. 11 yaşlı oğlanın cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 16 km aralıdan tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:37-də başa çatıb.

Qeyd edək ki, kanalda batan digər qardaşın meyiti hadisədən 4 gün sonra tapılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1937
avatar

Oxşar yazılar