Azərbaycanda iki ay əvvəl törədilmiş qətlin üstü açılıb. Lent.z-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağstafa RPŞ əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Orxan Muxtarovun, Ələkbər Babayevin və Feyruz Kərimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, Abutel İsgəndərovanın evindən 2500 manat və qızıl əşyalar oğurlamaları müəyyən edilib. Məlum olub ki, onlar may ayının 31-də oğurluq məqsədi ilə Köçəsgər kənd sakini Savat Mahmudovanın evinə giriblər. Qadın onları tanıdığından həmin şəxslər onu boğaraq qətlə yetiriblər.
S.Mahmudovanın meyiti eksqumasiya edilib.
Araşdırmalar davam etdirilir.