Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları əxlaqsızlıq yuvası təşkil edən daha bir qadını yaxalayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini İlahə Bayramova Binəqədi rayonu S.Bəhlulzadə küçəsindəki mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb.
Qeyd edək ki, son günlərdə bu kimi faktların və saxlanılan şəxslərin sayı xeyli artıb.