Əsgər hərbçi yoldaşını qətlə yetirdi - YENİLƏNİB
30 iyun 2014 12:13 (UTC +04:00)

Əsgər hərbçi yoldaşını qətlə yetirdi - YENİLƏNİB

0

Azərbaycan Ordusunda qətl törədilib.


 

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

 

Hərbi hissənin əsgəri Yaşar Əhədzadə aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı İlkin Musayevə dəmir parçası ilə xəsarət yetirib. Nəticədə İ. Musayev aldığı xəsarətdən dünyasını dəyişib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2868

Oxşar yazılar